8 oktyabr tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək layihəsi” çərçivəsində “Qeyri-Formal və İnformal Təhsilin Tanınması” na dair Zoom vasitəsilə online konfrans keçirilmişdir.
Tədbirdə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Nağıyev, Avropa Təlim Fondu, Azərbaycan üzrə Ölkə Meneceri Marqareta Nikolovska, MKÇ Texniki yardım qrupunun rəhbəri Trevor Kuk, baş ekspert İlkin Nəzərov, Keyfiyyət Təminatı, Qiymətləndirmə və QFİTT üzrə mütəxəssis Emil Əsgərov və b. iştirak ediblər.
Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Nağıyev açılış nitqində layihənin bu günədək Qeyri-Formal və İnformal Təhsilin Tanınmasına dair görülən işləri, eləcə də pilot təlimlərin keçirilməsi və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib.
Xanım Marqareta Nikolovska çıxışında QFİTT və Ömürboyu Təhsil - Beynəlxalq Perspektivə dair təqdimatla çıxış edərək, bu sahə üzrə Azərbaycanda bir çox işlərin görüldüyünü vurğulayıb.
Daha sonra, cənab Emil Əsgərov MKÇ lahiyəsi çərçivəsində QFİTT-in pilot olaraq həyata keçirilməsi: Fəaliyyətlər və zaman ardıcıllığı haqqında, cənab Trevoe Kuk isə Fəaliyyətlər və zaman ardıcıllığına dair təqdimatlarla çıxış ediblər.
Layihənin əsas məqsədi Azərbaycanda iqtisadiyyatın diversifikasiyanı dəstəkləmək, ömürboyu təhsil üçün imkanları yaratmaq, qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasını təmin etmək məqsədilə təhsil və təlim sisteminin keyfiyyətini artırmaqdır. Layihə altı komponentdən ibarətdir: i) Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) effektiv şəkildə icrasını təmin etmək; ii) müvafiq təhsil standartlarını pilot sahələrdə tətbiq etmək; iii) təhsil/kvalifikasiya standartları vasitəsilə səriştə əsaslı təhsili təmin etmək; iv) əvvəlki təlimin/təhsilin tanınması sisteminin yaradılmasına dəstək vermək; v) keyfiyyət təminatı və sertifikatlaşdırma prosesini təkmilləşdirmək; vi) MKÇ-dən istifadəyə dair təhsilverənlərə, təhsilalanlara və işəgötürənlərə effetiv informasiya və məsləhətləri çatdırmaqdır. 30 ay davam edəcək Layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik edtiyi British Council (BC), European Project Management Ltd (EPM) və SEFT Consulting”in təşkil etdiyi konsorsium tərəfindən həyata keçirilir.
08.10.2020