Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək (AzMKÇ)” layihəsi çərçivəsində AzMKÇ-nın 3-7 səviyyələri üzrə 24 ixtisas üçün kvalifikasiya standartları və onların əsasında kurikulumlar (Təhsil proqramları) hazırlanmışdır. Təlim (öyrənmə) nəticələri və Qiymətləndirmə meyarları Peşə Standartları əsasında müvafiq peşə mütəxəssislərinin dəstəyi ilə yerli şəraitə uyğunlaşdırılmış və onlar əsasında Tədris və Təlim materialları hazırlanmışdır.
Səriştə əsaslı kurikulumların hazırlanmasında əsas məqsədləridən biri Təhsil standartlarında səriştə əsaslı təhsilin dəstəklədiyini təmin etmək idi. 24 ixtisas üzrə hazırlanmış kurikulumlardan 12 ixtisas üçün Tədris və Təlim materialları hazırlanmış, müvafiq təhsil müəssisələri təmin edilmiş və sınaqdan keçirilmişdir. Sınaq prosesinə başlamazdan öncə təhsil müəssisəsində prosesdə iştirak edən müəllimlərə səriştə əsaslı kurikulumların tətbiqi ilə bağlı bir neçə sessiyadan ibarət təlim keçirilmişdir.
Hazırlanmış kurikulumlar iqtisadiyyatın 5 fəaliyyət sahəsini əhatə edir. Sınaq prosesi zamanı layihə ekspertləri tərəfindən bir necə dəfə pedaqoji prosesin təşkili, Tələbə fəaliyyəti və “Qiymətləndirmə” prosesləri monitoring edilmiş və monitoringdən sonra müəllim və tələbələrlə tədris prosesi ilə bağlı sorğu keçirilmişdir. Müəllim və tələbələrdən gələn rəylərə əsasən Kurikulumların məzmunu mövzunun çatdırılması və qavranılmasında köməkçi olduğu qeyd edilmişdir. Müzakirə zamanı tələbələr yeni tədris proqramının çatdırılması metodikasının tətbiqi zamanı hər bir Qiymətləndirmə meyarında həyata keçirilən “Tələbələr üçün fəaliyyətlər” bölməsinin nəzəri biliklərin qavranılmasında uğurlu nəticə verməsini və “Qiymətləndirmə” bölməsinin tələbələrin mövzunu hansı səviyyədə qavradığını bilmək üçün dəstək olduğunu vurğulanmışdır
19.09.2020