Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səriştə əsaslı kurikulumların sınağı
Təhsil sahəsinə aid AzMKÇ 6 səviyyəsini əhatə edən dörd ixtisas “Tərbiyəçi müəllim”, “İbtidai sinif müəllimliyi”, “Təhsil psixoloqu” və “Korreksiyaedici pedaqoq” ixtisasları üçün hazırlanmış kurikulumlar və onların əsasında hazırlanmış tədris və təlim materialları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) sınaqdan keçirildi. Hazırlanmış Tədris və Təlim materialları ilə təhsil müəssisəsi təmin edilmişdir. Sınaq prosesləri zamanı layihə ekspertləri tərəfindən bir neçə monitoring aparılmış və monitoringdən sonra müəllim və tələbələrlə tədris prosesi ilə bağlı sorğu aparılmışdır. Müəllim və tələbələr hər bir meyar üzrə dərsin təşkili, sonda “Tələbə fəaliyyətinin” və “Qiymətləndirmə” bölməsinin tətbiq edilməsi daha yüksək nəticənin əldə edilməsi kimi vurğulamışdılar. 24 ixtisas üzrə hazırlanmış kurikulumlardan 12 ixtisas üçün hazırlanmış, müvafiq təhsil müəssisələri təmin edilmiş və sınaqdan keçirilmişdir.
14.04.2020