Tərbiyəçi-müəllim (məktəbəqədər) üçün detallar

Ali təhsilin müvafiq səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu):

050112

İqtisadiyyatın əhatə olunan sahələri:

Təhsil

İstinad edilən peşə standartı və kodu:

Tərbiyəçi-müəllim (məktəbəqədər)

Məşğulluq təsnifatında işin kodu:

2342 (Müəllim, məktəbəqədər təhsil/peşəkar)

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

6

Qəbul tələbləri:

Tam orta təhsil

Məzunların təhsilini davam etditmə istiqamətləri:

  • Korreksiyaedici təlim;
  • Pedaqogika;
  • Təhsildə sosial-psixoloji xidmət;
  • İbtidai sinif müəllimliyi.

Tam təhsil proqramının müddəti:

4 il

Hədəf qrupu (kvalifikasiya üçün)

Tam orta təhsili başa vurmuş istənilən şəxs

Verilən kredit dəyəri:

210

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

Yanvar, 2019-cü il

Yenilənmə üçün son tarix:

Yanvar, 2024-cü il

      Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Tərbiyəçi-müəllim məktəbəqədər yaşda olan uşaqların tərbiyə, təhsil və inkişaf prosesini təşkil edir. Uşaqların məktəbə müsbət münasibəti, eləcə də adaptasiya olunmaları üçün sosial-emosional və fərdi xüsusiyyətlərin formalaşdırılmasını təmin edir.  Onların fiziki qabiliyyətləri, kiçik, böyük və sensor (hissi) motorikanın inkişafı, intellektual hazırlıq baxımından yaradıcılıq qabiliyyəti, məntiqi təfəkkür, təxəyyül və nitqin inkişaf prosesini həyata keçirir.