Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu): |
040109 |
İqtisadiyyatın əhatə olunan sahələri: |
Təhsil |
İstinad edilən kvalifikasiya standartı: |
Məktəbəqədər təhsildə korreksiyaedici təlim |
Məşğulluq təsnifatında işin kodu: |
2352 (Müəllim/Xüsusi təhsil) |
Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi: |
5 |
Qəbul tələbləri: |
Minimum ümumi orta təhsil |
Məzunların təhsilini davam etdirmə istiqamətləri: |
|
Tam təhsil proqramının müddəti: |
3 il |
Hədəf qrupu (kvalifikasiya üçün) |
Ümumi orta təhsil başa vurmuş istənilən şəxs |
Verilən kredit dəyəri: |
180 |
Qəbul edən qurum: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Hazırlanma tarixi: |
Mart, 2019-cu il |
Yenilənmə üçün son tarix: |
Mart, 2024-cü il |
Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri
Məktəbəqədər təhsildə korreksiyaedici təlimçi sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların diaqnostika, korreksiya və reabilitasiya işlərini təşkil edir və həyata keçirir. O, həmçinin onların təlim imkanlarını müəyyənləşdirir və sosial adaptasiyasına dəstək olur.