Ali təhsilin müvafiq səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu): |
- |
İqtisadiyyatın əhatə olunan sahələri: |
Təhsil |
İstinad edilən kvalifikasiya standartı: |
Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi |
Məşğulluq təsnifatında işin kodu: |
9999 |
Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi: |
5 (yenidən hazırlanma)
|
Qəbul tələbləri: |
Təhsil sahəsində müəllim/təlimatçı |
Məzunların təhsilini davam etditmə istiqamətləri: |
Qiymətləndirmə üzrə baş mütəxəssis və ya səriştə əsaslı qiymətləndirmə müfəttiş kvalifikasiyası |
Tam təhsil proqramının müddəti: |
3 ay (dəyişə bilər) |
Hədəf qrupu (kvalifikasiya üçün) |
Orta ixtisas təhsilini və ya ali təhsili başa vurmuş istənilən şəxs |
Verilən kredit dəyəri: |
28 |
Qəbul edən qurum: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Hazırlanma tarixi: |
Dekabr, 2019-cu il |
Yenilənmə üçün son tarix: |
Dekabr, 2024-cü il |
Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri
Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi konkret bir sahə üzrə dövlət standartlarını Azərbaycan Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğun şəkildə qiymətləndirmək üçün dəqiq, obyektiv, etibarlı və düzgün qərarlar verir. O, qiymətləndirmə prosesinin 4 əsas mərhələsində (planlaşdırma, icra etmə, nəzərdən keçirmə və qiymətləndirmə) keyfiyyətin təminatına öz töhfəsini verir.