Ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların təsnifatında şifri (kodu): |
050112 |
İqtisadiyyatın əhatə olunan sahələri: |
Təhsil |
İstinad edilən kvalifikasiya standartı: |
Tərbiyəçi-müəllim (məktəbəqədər) |
Məşğulluq təsnifatında işin kodu: |
2342 |
Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi: |
6 (yenidən hazırlanma) |
Qəbul tələbləri: |
Bakalavr təhsili |
Məzunların təhsilini davam etdirmə istiqamətləri: |
|
Tam təhsil proqramının müddəti: |
3 ay |
Hədəf qrupu (kvalifikasiya üçün) |
Ali təhsilin bakalavriat pilləsini başa vurmuş istənilən şəxs |
Verilən kredit dəyəri: |
28 |
Qəbul edən qurum: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Hazırlanma tarixi: |
Aprel, 2020-ci il |
Yenilənmə üçün son tarix: |
Aprel, 2025-ci il |
Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri
Tərbiyəçi-müəllim məktəbəqədər yaşda olan uşaqların tərbiyə, təhsil və inkişaf prosesini təşkil edir. Uşaqların məktəbə müsbət fikirlərinin, eləcə də adaptasiya üçün sosial və fərdi xüsusiyyətlərinin formalaşdırılmasını təmin edir. Onların fiziki qabiliyyətləri, kiçik, böyük və sensor (hissi) motorikanın inkişafı, intellektual hazırlıq baxımından yaradıcılıq qabiliyyəti, məntiqi təfəkkür, təxəyyül və nitqinin inkişaf prosesini həyata keçirir.