Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu): |
040407 |
İqtisadiyyatın əhatə olunan sahələri: |
Maliyyə və sığorta fəaliyyəti |
İstinad edilən kvalifikasiya standartı: |
Reklam üzrə agent
|
Məşğulluq təsnifatında işin kodu: |
2431 |
Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi: |
5 |
Qəbul tələbləri: |
Ümumi orta təhsil |
Məzunların təhsilini davam etditmə istiqamətləri: |
|
Tam təhsil proqramının müddəti: |
3 il |
Hədəf qrupu (kvalifikasiya üçün) |
Ümumi orta təhsil başa vurmuş istənilən şəxs |
Verilən kredit dəyəri: |
2160 |
Qəbul edən qurum: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Hazırlanma tarixi: |
May, 2020-ci il |
Yenilənmə üçün son tarix: |
May, 2025-ci il |
Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri
Reklam üzrə agent cari bazar vəziyyətini monitorinq və təhlil etməklə şirkət və ya müəssisənin reklam fəaliyyətini yönləndirir, eyni zamanda reklam tədbirlərinin və promo aksiyaların təşkili və həyata keçirilməsində, yerli və regional satış nöqtələrinin monitorinqində və müvafiq sahədə digər şirkətlər ilə əməkdaşlığın qurulmasında iştirak edir.