Uşaq baxıcısı üçün detallar

Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında şifri (kodu):

-

İqtisadiyyatın əhatə olunan sahələri:

Təhsil

İstinad edilən kvalifikasiya standartı:

Uşaq baxıcısı

Məşğulluq təsnifatında işin kodu:

9999

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi:

5 (yenidən hazırlanma)

Qəbul tələbləri:[1]

Orta ixtisas təhsili

Məzunların təhsilini davam etditmə istiqamətləri:[2]

  • Sosial iş;
  • Təhsildə sosial-psixoloji xidmət;
  • Məktəbəqədər təhsil;
  • Korreksiyaedici təlim;
  • İbtidai sinif müəllimliyi.

Tam təhsil proqramının müddəti[3]:

3 ay

Hədəf qrupu (kvalifikasiya üçün)

Orta ixtisas təhsilini və ya ali təhsili başa vurmuş istənilən şəxs

Verilən kreditlərin dəyəri:

28

Qəbul edən qurum:

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Hazırlanma tarixi:

İyun, 2020-ci il

Yenilənmə üçün son tarix:

İyun, 2025-ci il

Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri

Uşaq baxıcısı öz evində məhdud sayda (1-4) uşağın qayğısına qalır. Uşağın təhlükəsiz və gigiyenik şəraitdə saxlanılması, təlimatlara uyğun qidalandırılması və əyləndirilməsi ilə məşğul olur. Uşaq baxıcısı uşağın inkişaf edəcəyi, öyrənəcəyi və sosial bacarıqlarının artacağına imkan verən müsbət emosional, tərbiyəvi və stimullaşdırıcı mühit yaradır. O hətta yeməyin hazırlanması və uşaqların bir yerdən digərinə təhlükəsiz şəkildə aparılıb-gətirilməsi kimi digər vəzifələri yerinə yetirə bilər.

 


[1] İxtisasa qəbul olunmaq üçün əvvəlki təhsil pilləsi (səviyyəsi) və təcrübə ilə bağlı tələblər. 

[2] Növbəti təhsil pilləsində (səviyyəsində) təhsil ala biləcəyi əlaqəli ixtisas(lar).

[3] Təhsil proqramdakı modullardan biri (bir neçəsi) üzrə kreditə malik olan təhsilalanlara həmin modul(lar)    tədris edilmir və təhsil proqramının müddəti müvafiq həcmdə qısaldılır.